TAMBURLU SUVARMA SİSTEMİ
Müasir, Ekoloji və Məhsuldarlığın Ayrılmaz Hissəsi olan Suvarma Sistemi
MÜASİR ÜSUL TAMBURLU SUVARMA SİSTEMİ
Tamburlu suvarma sistemləri, daha az xərclə daha çox ərazi suvarılması baxımından çox əlverişlidir. Digər suvarma sistemləri ilə müqayisədə daha ucuz və effektlidir. Tapançalı və qənədli sistem kimi iki fərqli modelləri vardır. Ölçüləri isə müxtəlifdir. Belə ki, 75 x 280 sm, 90 x 300 sm, 90 x 400 sm, 110 x 530 sm və digər ölçüləri mövcuddur. Sistem özü iki hissədən ibarətdir; Tambur və Qanad. Tambur öz oxu ətrafında 180 dərəcə dönə bilir, yəni bir nöqtədə dayanmaqla hər iki tərəfə fırlanır və sulama işini həyata keçirir.1. Tapançalı sistem: Tambur və tapança arabasından ibarətdir. Tapança 360 dərəcə dönmə bucağına malikdir , su atma məsafəsi 65 metrdir.
2. Qanadlı sistem: Tambur və qanad (kiçik qanad 37 metr, böyük qanad 54 metr) arabasından ibarətdir.
Sistem, sürət qutusuna malikdir ki, bu da suvarılan əkin növünə, relyefə ən əsas isə torpağın su götürmə qabiliyyətinə görə nizamlanır. Sürət maksimum 100 metr/saat , minimum 30 metr/saatdır.
16
TAMBURLU SUVARMA SİSTEMİ SATILMIŞDIR.