Süd Sağım Sistemləri Süd Sağım Sistemləri

Ferma Avadanlıqları, Sistemləri içərisində Süd Sağım Sistemləri həyati rol oynayır. Ferma əsas məqsədlərindən biri olan Süd məhsuldarlığının ekoloji, rahat və insan sağlamlığı üçün ən etibarlı şəkildə mümkün olması üçün bu sistem olmazsa, olmazdır.

Sağım sistemləri müxtəlifdir.

1. Səyyar makinalar – Şirkətimiz tərəfindən satılan Sezer markalı süd sağım aparatları, PLS və Milkkar’dır.
2. Sabit sistemlər – Kilid arxası, Balıq qılçığı , Paralel sürətli çıxış, Rotari (Karusel) və Robot sağım sistemi daxildir.

Səyyar makinalarında öz özlüyündə növləri vardır.
1. Bir başlıqlı
2. İki başlıqlı
3. Dörd başlıqlı
4. Altı başlıqlı
5. Səkkiz başlıqlı.
Altı və səkkiz başlıqlı səyyar makinalara bir növ səyyar sağımxanada deyə bilərik.

Kilid Arxası

Az xərclə 100 başa qədər südlük təsərrüfatlarda sağım prosesini həyata keçirmək üçün ideal sistemdir. Süd çəni və vakum pompası tövlənin bir neçə metrliyində quraşdırılmaqla yanaşı süd və vakum xətləri ( istəyə görə bir neçə metrdə ola bilər )tövlə içərisinə , tövlə boyu montaj edilir. Sağım başlığı sayı isə istəyə görə müəyyənləşdirilir , başlıqlar 1,2 metrdən bir yaxud 2,4 metrdən bir quraşdırıla bilər ki , bu da sağım zamanı , sağılan heyvanın sağ və solundakı heyvanıda sağmağa imkan verir. Sağılan süd süd xətti vasitəsi ilə süd çəninə ötürülür.

Umut Agro Səyyar Süd Sağım Aparatı

BALIQQILÇIĞI SAĞIM SİSTEMİ

Daha çox (100-120 baş heyvanlar üçün) sürülər üçün uyğundur. Bu sistem az vaxt ərzində daha çox heyvan sağmağa şərait yaradır. Beləliklə heyvanların yemlənməsi və yatması üçün daha çox zaman qalır. Bu sistemin sağım dirəkləri 30° bucaqla quraşdırılır. Hər iki yanda iki sıra ziqzaq şəkildə dəmirlər mövcuddur. Sürgülü giriş qapısı və mexanizmli çıxış kilidi mövcuddur. Sağım çuxurunun  hər iki başında sağım operatoru üçün nərdivanlar quraşdırılır. Sağılmış süd ön toplayıcıdan süd borularına, ordan da süd çəninə ötürülür.
balıqqılçılığı sağım sistemi

PARALEL SÜRƏTLİ ÇIXIŞ SAĞIM SİSTEMİ

Orta və böyük sürülər (yəni 150-400 baş heyvanlar) üçün nəzərədə tutulur. Az vaxt ərzində daha çox heyvan sağımı və sürətli çıxışları ilə zamana qənaət mümkündür. 90 Dərəcəli quruluşu sağımçının daha yaxşı heyvanın süd vəzilərini görmək və daha tez müdafiə edə bilməsi üçün uyğundur Avtomatik giriş qapıları heyvanların hərəkətlərinə tam nəzarət edir. Sağım çuxurunun önündəki nərdivanla bura giriş təmin edilir. Sağılmış süd ön toplayıcıdan süd xəttinə, ordan da süd çəninə yönəldilir.
sürü idarə sistemi umut agro inək

ROTARY (CAROUSEL) SAĞIM SİSTEMİ

Daha böyük sürülər üçün (1000 baş heyvanlar və daha çox) məqsədə uyğundur. Bu sistem, ən az bir dəfəyə 28 baş heyvanın sağılması üçün nəzərdə tutulur. Bu sayını cüt şəkildə artıraraq 42 və daha çox heyvanın sağılması mümkün olur. Rotary sağım metodunda bir giriş və bir çıxış qapısı olur. Belə ki sistem işləyərkən fırlanır və bu zaman heyvanlar tək-tək sistemə daxil olur. Bir dövrə bitdikdən sonra heyvanlar öz yerlərini tam almış olurlar. Sağım prosesi başlarkən sistem təkrar dönməyə başlayır ki, bu da öz növbəsində stressiz sağım üçün əvəzsizdir. Sistem fırlanarkən heyvanlar stressə girmir. Sistem 2 işçi ilə tam idarə olunabilir. Bu isə, daha az işçilik ilə daha çox heyvanın sağılmasına şərait yaradır. Fırlanma sürəti idarə ediləbilir. Sürəti artıra, yaxud da azalda bilər, həmçinin  səmtini dəyişdirə bilərik. Sağılmış süd ön toplayıcıdan süd xəttinə, ordan da süd çəninə yönəldilir.
umut agro karusel, rotary süd sağım sistemləri