İş Elanlarımız

SATIŞ MENECERİ

Aqrotexnika satışı vəzifəsində işləyəcək bəy/ xanım əməkdaş əsas vəzifələrini icra edəbiləcək istək və bacarıqda olmalıdır. Aqrar sahədə olmaqla, Ali Təhsilli olması mütləqdir. Əsas vəzifələri aşağıdakılardır:

  • Texnika və Avadanlıq haqqında ətraflı məlumata malik olmaq, araşdırmaq
  • Müştərini dinləmək və ehtiyaclarına ən uyğun texnikanın təklifi
  • Hər bir satış həyata keçirilən Müştərilərin, habelə mağazaya gələn şəxslərin qeydiyyatının aparılması, məlumatların xüsusi proqrama daxil edilməsi
  • Müştəri istək və tələblərinin günlük olaraq idarəçiyə məruzə edilməsi
  • Satılan avadanlıqla bağlı anbardara məlumat verməsi və müştəriyə çatdırılana qədər prosesi izləməsi
  • Aqrar sahədə inkişafa açıq olması və daim araşdırması

Əmək haqqı rəsmi qaydada və 500 AZN-dir. Ancaq, əməkdaş 1 ay təcrübə proqramına tabe tutulacaq. Bu zaman dilimində maaşı 300 AZN olacaqdır.
İş yeri: Goranboy, Muzdurlar, AZ2233 (Bakı-Ağstafa yolunun 336-cı kilometrliyi)

Təcrübə Proqramını uğurla başa vuran əməkdaş Türkiyə və Almaniya kimi texnika, damazlıq heyvanların alışını həyata keçirdiyimiz ölkələrə göndəriləcəkdir.

Əziz namizəd, Kənd təsərrüfatı texnikalarının satışı, bu sahədə irəliləyiş hədəfləyirsinizsə  CV, varsa qeydlərinizi cv@umutagro.az  email ünvanına göndərmiyinizi xahiş edirik.

satış meneceri umut agro

SATIŞ OPERATORU


ÖHDƏLİK:

Zənglərin qəbul edilməsi, aidiyyəti  bölməyə yönləndirilməsi

Müraciətlərin yazılı hala salınması və direktora məlumat verilməsi

Müştəri müqavilələrinin hazırlanması

Müştəri bazasında olan vəya potensial müştərilərə yeni məhsullar, yeni kampaniyalar haqqında məlumat vermək

TƏLƏB:
Natamam və ya Tam Ali Təhsil

Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət aparmaq bacarığı (Rus və İngilis dili bilgisi üstünlük hesab edilir.)

Excel, Word başda olmaqla Office proqramlarında yaxşı işləmə bacarığı

ERP proqramlarla işləmə bacarığı

İşə müştəri yönümlü (customer-friendly) münasibət

Korporativ müştərilərlə düzgün ünsiyyət bacarıqları

Stressə və iş yükünə davamlılıq

Komandada işləmək bacarığı

TƏMİNAT:
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Əmək haqqı: 400 AZN aylıq maaş + bonus
– Nahar təminatı
– Komandada maraqlı və davamlı iş
– Şirkət nömrəsiylə təmin edilməsi
– İş günləri və saatları: bazar ertəsi-cümə, 09:00-18:00