1988-ci ildə qurulmuş “ÜMÜD AQRO” şirkəti, Azərbaycanda ilk kooperativ şirkətlərdən idi. Əsasən fəaliyyətini heyvandarlıq və əkinçilik üzrə formalaşdırmış, bağlı olduğu sahənin tələblərini qarşılamaq məqsədi ilə yeni bir fəaliyyət növü istiqamətində işə başlamışdır.
Şirkətin yeni fəaliyyət sahəsi; Aqrotexniki avadanlıqların və damazlıq heyvanların ölkəyə gətirilməsi, dövlət dəstəyi ilə kəndli və fermerlərə satışını əhatə edir. İlkin iş sahəsindəki yeni dövrün tələbləri olan, müasir texnika və üsul ehtiyacından irəli gəldi.
Bu ehtiyacı görən şirkət, əvvəla öz daxili tələbatını ödəmiş daha sonra kütləvi aqrotexnika, damazlıq heyvan satışına başlamışdır. 24 Sentyabr 2018-ci ildən “UMUT AGRO” MMC adı altında kənd təsərrüfatı ilə məşğul olan hərkəsin, dövlətin dəstəyindən faydalanması üçün böyük əmək sərf edir. Xüsusi ilə, vətəndaş ilə dövlət arasındakı etibarlı əlaqənin qurulmasında aktiv iştirak edir. Haqqımızda daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Strateji Hədəflərimiz:
– Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması,
– Müasir heyvandarlıq komplekslərinin tikintisi və idarə edilməsi
– Baytarlıq, zootexnik dəstəyin verilməsi, müasir aqrotexnika və üsulların ölkəyə idxalı və tətbiqinin həyata keçirilməsində tövhə vermək
Missiyamız:
– Müştərilərimizə daha yaxın olmaq üçün, ölkəmizin digər bölgələrində də şirkətimizin bölgə nümayəndəliklərinin açılması
– Vətəndaşların bütün aqrotexnikalara əlçatanlığını təmin etmək
– Peşəkar, işini sevən və insanyönümlü komanda
REFERANSLARIMIZ ÜÇÜN