Damazlıq Heyvanlar Südlük əsaslı Damazlıq Heyvanlar
Avropadan gətirilən Holstein, Simental, Jersey kimi südlük inəklər başda olmaqla keçi, qoyunlar gətirilir. Gətirilən bütün damazlıq heyvanlar fermamızda baytarlıq yoxlanışından keçirilir. Karantin prosesi də böyük titizliklə icra olunur.
NİYƏ AVROPA MƏNŞƏLİ DAMAZLIQ HEYVAN ALINMALIDIR?
Ölkəmizdəki heyvanların cins tərkibinin yaxşılaşdırılmasındakı əsas məqsəd: Yüksək süd və ət məhsulu əldə etməkdir. Bu məqsədlə, Kənd Təsərrüfatı Nazirliyi fermerlər üçün subsidiya ayırır. (Subsidiya – Yerli heyvandarlıqda heyvanların cins tərkibini yaxşılaşdırmaq üçün dövlətin ayırdığı (Heyvanın gömrük dəyərinin 60% hissəsi) maddi dəstəkdir.)Yerli cins heyvanlardan fərqli olaraq, Avropa mənşəli cinslər qapalı şəraitdə bəslənməsi məsləhət olunur. Yəni, otlaq ərazilərə aparılması bir o qədər də, məqsədə uyğun hesab edilmir.
Xalq arasında doğru bilinən bir yalnış da ondan ibarətdir ki, Avropa sortu inəklərin süd məhsuldarlığı yüksək olduğu üçün yağlılığının az olmasıdır. Lakin bu, qətiyyən belə deyil. Ona görə ki, ən yüksək süd məhsuldarlığı ilə bilinən Holstein cinsi inəklərinin süd yağlılığı yerli cinslərdən yüksəkdir. Hansı ki, Holstein cinslərinin süd yağlılığı digər Avropa mənşəli heyvanlardan azdır. Bu halda belə, yerli cinslərdən daha yüksək süd yağlılığına malikdir.
İnəklərin yerli şəraitə uyğunlaşması isə, UMUT AGRO tərəfindən gətirilən Holstein Friesian, Jersey, Simmental cinslərində problem yaşanmır. Azərbaycana gətirdiyimiz yüzlərlə baş heyvanın hələlik hansısa uyğunlaşmama problemiylə qarşılaşmamışıq. Bununla belə, dövlətimiz tərəfindən Avropa cinsi inəklərə 3 illik siğortalanma məcburiyyəti tətbiq edir.
SİMMENTAL (FLECKVIEH) CİNS İNƏKLƏR
Simmental (Fleckvieh) cinsi inəklər haqqında verilən suallar və cavabları Sizə təqdim edirik. Şirkətimiz tərəfindən satışı həyata keçirilən Simmental cinsi inəklər, əsasən Avstriya və Almaniya mənşəli olur. Çəkiləri 500 - 600 kq, Boyları isə 130 - 140 sm arasında dəyişir. Boğazlıq müddəti 3 və 5 ay olmaqla dəyişkənlik göstərir. Birinci laktasiyada süd verimləri (305 gün ərzində) ən az 7000 litr və daha çoxdur. Yəni, 1 gün ərzində 23 lt. vəya daha çoxdur. Damazlıq heyvanların bütünlüklə pedeqrileri var. Simmental cinsli heyvanlarda 4 - 4.4% (rasiondan aslı olaraq) süd yağlılığı mövcuddur. Heyvanlar ölkəmizə gətirildikdən 21 gün sonra təhvil verilir. Təhvildən sonra, 36 ay ərzində siğortalı olur. Heyvanların seçim şansı yoxdur, çünki şirkətimiz damazlıq heyvanların Avropada seçimininə xüsusi diqqət ayırır. Hər bir damazlığın seçimi üçün saatlarla vaxt sərf edir. Bununla belə, ölkəyə gətirilən hər bir heyvan şirkətimizin yüksək diqqətlə seçdiyi heyvanlardan ibarət olduğu üçün, heç bir müştəri üçün ölkəyə gətirilən heyvanın seçiminə şans verilmir. Bu o deməkdir ki, şirkətimizin satışını həyata keçirdiyi hər bir heyvan ideal sağlamlığa və fiziki göstəricilərə malik olur. Simmental cinsinin (Fleckvieh) inəklərinin südlük-ətlik istiqamətində daha əlverişli heyvan olduğu düşünülür.
HOLSTEIN FRIESIAN CİNSİ İNƏKLƏR
Mənşəi Almaniya olan bu inəklərin Azərbaycana gətirilərkən çəkisi 450 - 500 kq. Boyları isə 140 - 150 sm arasında olur. Bu dövürdə 3-5 aylıq boğaz olurlar. Heyvanlar müvafiq pedeqrlərlə təmin edilmiş şəkildə satışı həyata keçirilir. Holstein Friesian cinsi inəklərin süd yağlılığı 3,5 - 3,8 % arasındadır. İllik süd verimi isə, ən az 8500 litr'dir. Heyvanlar ölkəmizə gətirildikdən 21 gün sonra təhvil verilir. Təhvildən sonra, 36 ay ərzində siğortalı olur. Böyük fermalar üçün, Hollstein Friesian cinsi daha məqsədə uyğundur. Çünki, bu cinslər ən çox süd verimi olan heyvanlardır.
JERSEY CİNSİ İNƏKLƏR
Mənşəyi, İngiltərə, Jersey adasıdır. İstəyə uyğun olaraq, Danimarka’dan da gətirilir. Şirkətimiz tərəfindən satışı həyata keçirilərkən bu cins inəklərin ağırlığı 330 -400 kq arasında dəyişir. Boyları isə 120 - 130 sm arasında olur. Süd verimliyi 305 gündə 5 000 lt və üzəri olaraq qəbul edilir və süd yağlılığı 4,5 - 4,77 % olmaqdadır. Satış zamanı damazlıq heyvanın boğazlıq vəziyyəti 3 - 6 ay müddətinə təsadüf edir. Heyvana xas olan rəng isə Sarı, Açıq şabalıdı şəkildədir. Heyvanlar ölkəmizə gətirildikdən 21 gün sonra təhvil verilir. Təhvildən sonra, 12 ay ərzində siğortalı olur.
860
BAŞ AVROPA CİNSİ, DAMAZLIQ HEYVAN GƏTİRİLMİŞ VƏ SATILMIŞDIR.
10
FERMA QURULMUŞ VƏ TƏCHİZ EDİLMİŞDİR.
98
AQRO TEXNİKA SATILMIŞDIR.